2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Moskvada konsert zalına silahlı hücum, ölənlər var

Videoya YouTube kanalımızda baxın.

Maskalı şəxslər “Crocus City Hall”da odlu silahdan atəş açıblar.

Saytların yığılması Saytlarin yigilmasi

O əlavə edib ki, hücumda Ukraynanın roluna dair “hazırda heç bir əlamət yoxdur”.

Yayılmış videoda hadisənin baş verdiyi yerin yandığı görünür.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hadisəni “qanlı terror aktı” adlandırıb. Onun sözlərinə görə, bütün dünya ictimaiyyəti bu dəhşətli cinayəti pisləməyə borcludur.

O, ABŞ nümayəndələrinin Ukraynanın baş verənlərlə əlaqəli olmaması mövqeyinə qarşı deyib ki, Ağ Evin heç kimə “lütfkarlıq etməyə haqqı yoxdur”.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib ki, “terrorçular ancaq cavab terrorunu” başa düşürlər və “gücə güclə qarşı çıxmaq” lazımdır.

“Bunların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilsə, onlarla və onların ideoloji ilhamvericiləri ilə fərqli davranmaq mümkün deyil. Onların hamısı terrorçu kimi tapılmalı və amansızcasına məhv edilməlidir”,- Dmitri Medvedev Telegramda yazıb.

Ukrayna Prezidentinin Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Kiyev bu hücumda heç bir şəkildə iştirak etmir.

“Rusiyanın Moskva yaxınlığında “Crocus City Hall”da baş verən hadisələrə gəlincə, Ukraynanın bu hadisələrlə qətiyyən heç bir əlaqəsi yoxdur”, – Mixail Podolyak bildirib.

“Birincisi, bizim Rusiyanın nizami ordusu ilə nəhəng və gərgin müharibəmiz var və heç nədən asılı olmayaraq, hər şey döyüş meydanında həll olunacaq”, – Podolyak deyib.

O, Ukraynanın heç vaxt terrorist döyüş metodlarından istifadə etmədiyini vurğulayıb və xatırladıb ki, martın əvvəlində Qərb ölkələrinin səfirlikləri gözlənilən ekstremist aksiyalarla bağlı xəbərdarlıq ediblər.

“Buna görə də mən bir daha vurğulayıram ki, Ukraynanın “Crocus City Hall”daki terror aktları və ya atışmalarla, yaxud siz bunu necə adlandırırsınızsa, heç bir əlaqəsi yoxdur”, – Podolyak bildirib.

Xəbər yenilənir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button