2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

MSK: İlham Əliyev 92,05% səslə liderdir

Növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən, Prezident İlham Əliyev səslərin 92,05% faizini qazanıb. 

Toplum TV xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlama verib. 

Onun sözlərinə görə, seçki məntəqələrinin 93,3 faizinin nəticəsi məlumdur. 

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev səslərin 92,05% faizini qazanıb. Zahid Oruc 2,19 faiz; Fazil Mustafa 2 faiz; Qüdrət Həsənquliyev 1,76 faiz; Razi Nurullayev 0,8 faiz; Elşad Musayev 0,67 faiz; Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.

Rəsmi statistikaya görə, fevralın 7-si saat 19:00-a qədər respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.

Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi fevralın 17-dək yekunlaşacaq.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button