2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

MSK namizədlərin gəlir və xərclərini açıqladı: Əliyev öndədir

Fazil Mustafa 61 400 manatla ikinci yerdədir

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin seçki fondlarının gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatını açıqlayıb.

Bildirib ki, prezidentliyə namizəd İlham Əliyevin seçki fondunun gəlirləri 720 200 manatdır:

Saytların yığılması Saytlarin yigilmasi

Bu vəsaitin 170 200 manatı fiziki şəxslərin, 300 000 manatı hüquqi şəxslərin ianəsi, 250 000 manatı isə namizədliyi irəli sürülən partiya tərəfindən formalaşdırlıb. Əliyevin seçki fonduna yığılan 720 000 manat vəsaitin 481 776,42 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib”. 

MSK qeyd edir ki, prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəlirləri 43 000 manatdır:

“Bu vəsaitin 8 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənilib. 35 000 manat isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib”, – deyə məlumatda qeyd olunur.

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayevin seçki fondunun gəlirlərinin 3 000 (fiziki şəxslərin könüllü ianəsi) manat olduğu bildirilir:

“Bu vəsaitin 2999.33 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib”.

Məlumata görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçki fondunun gəlirləri isə 30 000 manatdır:

“Bunun 10 000 manatı namizədin xüsusi vəsaiti, 20 000 manatı isə fiziki şəxslərin könüllü ianəsi hesabına formalaşıb”.

MSK qeyd edir ki, Həsənquliyevin seçki fondunun 15 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənilib:

15 000 manatı isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib”.

MSK həmçinin Böyük Quruluş Partiyasının başqanı, prezidentliyə namizəd Fazil Mustafanın seçki fondunun gəlirlərinin 61 400 manat olduğunu qeyd edib:

Həmin məbləğin 11 000 manatı namizədin xüsusi vəsaiti, 400 manatı fiziki şəxslərin könüllü ianəsi hesabına, 50 000 manatı isə namizədliyi irəli sürülən partiya tərəfindən formalaşdırılıb”.

Bildirilir ki, vəsaitin 8 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənilib:

“38 200 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib. 13 600 manatı hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəlib”.

Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Elşad Musayevin seçki fondunun gəlirləri 5000 (fiziki şəxslərin könüllü ianəsi) manatdır.

Qeyd edilir ki, o, bu vəsaitin 4428,42 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərcləyib.

Fuad Əliyevə gəldikdə, onun gəlirləri 2 500 (namizədin xüsusu vəsaiti) manatdır:

O, bu vəsaitin hamısını seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərcləyib”.

Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad MusayevFuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçki də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button