2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mübariz Qurbanlı: “Qərbi Azərbaycanla bağlı tədqiqatlarımızı dərinləşdirməliyik”

“Qərbi Azərbaycanla bağlı tədqiqatlarımızı dərinləşdirməliyik”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

O, Azərbaycan dövlətinin və xalqının ermənilərlə yalnız hərb cəbhəsində üz-üzə olmadığını bildirib: “Bütün sahələrdə xalq olaraq mübarizəmiz davam edir. Hesab edirəm ki, alimlərimizin qələmi qılınca çevrilməlidir və çevrilib. Qərbi Azərbaycanda Azərbaycana məxsus araşdırılan tarixi abidələrdə bir dənə olsun erməni izi yoxdur. Bu araşdırmaların hər biri Qərbi Azərbaycan İcması üçün beynəlxalq arenada kifayət qədər əhəmiyyətli olacaq. Ermənilər İrəvan xanlığına aid məscidləri, mədrəsələri, karvansaralar və bir çox tarixi abidələri hiyləgərcəsinə hələ sovet dövründə məhv etməyə başladılar. Ona görə də tədqiqatlarımızı dərinləşdirməklə daha çox məsələni gün üzünə çıxara bilərik”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button