24 saat en son xeberler - Xeberler platformasi

Gündəm

Müdafiə Nazirliyi: “Azərbaycan əsgəri təxribat nəticəsində şəhid olub”

“Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

“Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycanın müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu, əsgər Ayaz Nəzərov şəhid olub”.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirib ki, hadisə yanvarın 11-i günorta saatlarında baş verib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini təxribat törətməkdə ittiham edib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə nazirlik qeyd edib.

Ermənistan tərəf hadisə ilə bağlı hər hansı bir açıqlama yaymayıb.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button