2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müharibə veteranlarına 1500 manat veriləcək

Aprelin 29-da Azərbaycan prezidenti 1941–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat yardım ediləcək. Döyüşlərdə həlak olan və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakarlığa görə təltif edilmiş şəxslərə isə 750 manat veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla əlaqədar, Azərbaycan Prezidentinin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondundan 4.8 milyon manat vəsait ayrılacaq.

İkinci Dünya müharibəsi zamanı Azərbaycan SSRİ tərkibində olub. 1941–1945-ci illərdə Azərbaycandan 640 min nəfərdən çox insanın səfərbər edilərək ordu sıralarına yola düşdüyü bildirilir. Onların yarıdan çoxunun geri qayıtmadığı deyilir.

24 saat” “Müharibə veteranlarına 1500 manat veriləcək” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button