2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Münhendə təhlükəsizlik konfransı açılır

Fevralın 16-da Münhendə 60-cı beynəlxalq təhlükəsizlik konfransı – dünyada təhlükəsizlik məsələləri üzrə ən nüfuzlu forum öz işinə başlayır.

Tədbirdə 50 ölkənin dövlət və hökumət başçıları da daxil olmaqla, 180 yüksək vəzifəli nümayəndə iştirak edir. 

Konfransın əsas mövzuları Ukrayna və Yaxın Şərqdə, habelə Somali, Sudan və Qaitidəki müharibələr olacaq. Digər mühüm mövzular birgə yaşayışın əsası kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasında mümkün islahatlar və iqlim dəyişiklikləri olacaq. 

Saytların yığılması Saytlarin yigilmasi

Hazırkı Münhen Konfransının ən görkəmli qonağı Vladimir Zelenski olacaq. Ukrayna məsələsinə dair gündəlikdəki sual Qərb müttəfiqlərinin Ukraynanın Rusiya təcavüzünü dəf etməsi üçün yardımı davam etdirə bilməsi ilə bağlıdır. 

Konfransın digər bir mühüm mövzusu Qəzzə bölgəsindəki dramatik vəziyyət və Yaxın Şərqdə münaqişənin dinc həll yolunun ümidsiz axtarışıdır. Münhen forumunda İsraili prezident İtzhak Hersoq və XİN başçısı İzrael Kats təmsil edirlər. Konfransda Fələstin Milli Administrasiyasının və qonşu ərəb dövlətlərinin – Qatar, Səudiyyə Ərəbistanı, İordaniya və Misirin yüksək vəzifəli nümayəndələri də iştirak edirlər. 

Konfransda daha bir müzakirə mövzusu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın müdafiə üçün ÜDM-in iki faizi həcmində müəyyən edilmiş normanı ödəməyən NATO ölkələrinin müdafiəsindən imtina etmək təhdidləri olacaq. 

Konfransda ona yaxın respublikaçı konqresmen iştirak edir və forum iştirakçıları onlardan bununla bağlı açıqlama eşitməyə ümid edirlər. Münhen konfransında ABŞ-ın vitse-prezidenti Kamala Harris və dövlət katibi Entoni Blinken də iştirak edirlər.

Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin də konfransda iştirak edəcəyi gözlənilir.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button