2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müsəlmanlar Marin Le Penə səs verəcəkmi? – Təhlil

Hassina Meşai, Ester Zvadi-Yimbu

“Middle East Eye”

 

Saytların yığılması Saytlarin yigilmasi

Marin Le Pen – ifrat sağçı Fransa Milli Cəbhəsinin (FMC) lideri keçən ilin sentyabrında ölkə siyasətini silkələdi. O, soyuqqanlı şəkildə elan etdi ki, İslam – Üçüncü Respublika ilə uyğun dindir. Həmin vaxt bir çox siyasətçilərin başı “burka”nın (müsəlman qadınların baş örtüyütərc.) qadağan olunmasına qarışmışdı.

“Dərisinin rəngi, cinsi oriyentasiyası və ya dinindən asılı olmayaraq, bütün vətəndaşlar yeganə icmanın – milli birliyə mənsubdur”. Bunu Le Pen sonralar, bu ay Fransanın şimalındakı Braşayda keçirilən siyasi mitinqdə də deyib.

İslama bu nisbi açıqlıq Milli Cəbhənin ksenofobiya nüfuzu ilə kəskin təzad təşkil edirmi və Fransa seçicilərinin beş faizini təşkil edən müsəlmanları öz tərəfinə çəkmək üçündürmü?

Partiya rəhbərləri, o cümlədən FMC-nin xəzinədarı Valleran de Sent-Jüstün rəyinə görə, cavab birmənalıdır – “bəli”.

“Milli Cəbhənin seçki bazasını həmişə fəhlə sinfi təşkil edib, partiya üzvləri, əsasən, fransız xalqının ən aztəminatlı hissəsi, baxımsız ərazilərdə yaşayan qeyri-müsəlman vətəndaşlar və bu gün artıq müsəlman vətəndaşlardan ibarətdir”.

2015-ci ilin dekabrında FMC-nin aparıcı namizədi Jordan Bardella, Sene-Sen-Denidəki regional seçkilərdə bu fikirləri dəstəkləmişdi: “Sorğular göstərir ki, həssas şəhər rayonlarında FMC ən böyük dəstəyə malikdir. Bu sahələrdə yaşayan sakinlərdən onların ümidlərinə kimin daha çox uyğun olduğunu soruşduqda, FMC-nin adı birinci olur”.

Amma partiya rəhbərlərinin açıqlaması bir yana, müsəlmanların Milli Cəbhəyə həqiqətən rəğbəti varmı?

Politoloq Antuan Jardenin bu məsələyə ciddi şübhələri var. O deyir ki, “buna dair heç bir rəsmi statistika yoxdur”. Çünki 1978-ci ilin qanunu seçicilərin dini mənsubiyyəti ilə bağlı məlumat toplamanı qadağan edir.

“Əslində, bu, Şimali Afrika və Afrika immiqrasiyasının nəslinə mənsub insanlardır, biz səhvən onları müsəlman adlandırırıq”, – deyə o, əlavə edir.

Siyasi şərhçi vurğulayır ki, Fransa Milli Cəbhəsi 2011-ci ilin kantonal seçkilərindən sonra bütün Fransada tanınmağa başlayıb, Marin Le Pen isə yalnız həmin il partiya sədri seçilib və yoxsul rayonlarda görülən inkişaf da bu dövrə təsadüf edir.

“Ancaq daha aztəminatlı rayonlarla müqayisədə, FMC-nin səsləri bütövlükdə ölkənin qalan hissələrində daha çox artır, – deyə A.Jarden bildirib. – Lakin hələlik müsəlmanların FMC-yə səsverməsinə dair heç bir dəqiq rəqəm yoxdur. Bununla belə, FMC-nin müsəlman üzvlərinin varlığını inkar etmək olmaz”.

Müsəlman Məhəmməd Bellebou FMC-yə “Harkis”ə – Əlcəzair müharibəsi zamanı Fransa ordusunda xidmət etmiş əlcəzairlilərə görə dəstək verib. FMC üzvü olan bu şəhər rəsmisi deyir: “Milli Cəbhə atalarımızın sədaqətinə hörmət edən yeganə partiyadır”.

Aydındır ki, bu cür müsəlmanların, Fransa vətəndaşlarının açıqlamaları Le Penin marağındadır. Bu, Le Penin strategiyasının bir hissəsidir.

Bundan başqa, bu üzvlər iddia edirlər ki, FMC daxilində irqçiliklə heç vaxt üzləşməyiblər. Bellebou bunu çox aydın deyir: “Kimsə mənə irqçi atmaca atsa, soruşaram ki, onların əcdadında ölkə üçün canından keçən varmı… 1988-ci ildən bəri heç vaxt irqçi atmaca ilə üzləşməmişəm. Partiya üzvləri sadəcə istəyir ki, biz Fransanı sevək, mən də bunu edirəm. Mən tez-tez təbliğat aparıram, insanlar bizi həmişə nasist adlandırmır. Mən onlara deyirəm ki, müharibə bitdi, gəlin övladlarımız haqqında düşünək”.

Siyasi tədqiqatçı Hou Seniguer yenə şübhə edir. O vurğulayır ki, “mənfi ideologiya təməlində inşa edilən partiya həmişə bu ideoloji bazaya əsaslanacaq”.

O qeyd edir ki, FMC digər fransız əsillilərlə müqayisədə, müsəlmanlardan daha çox şey gözləyir: “Onlar daim səy göstərməlidir. İslam ətrafında dolaşan məsələ əslində, onların sosial strukturunu parçalayır və şübhələr doğurur. FMC gah məcburi köçkünləri, gah da müsəlmanları hədəfə alır. Bu daimi mövzudur. Partiya miqrantları təhlükə sayır. Milli Cəbhəni həqiqətən narahat edən İslamın fransız dini hesab olunmasıdır”.

2011-ci ildə FMC-yə qoşulan, Jan-Mari Le Pendən Fransada “İslam nizamnaməsi” hazırlamasını təklifi almış 46 yaşlı Ömər Cəlil bu rəylə razıdır: “Marin, Marion Mareş Le Pen (FMC-dən seçilmiş parlament üzvü), Florian Filippo və Lui Aliot (FMC-nin vitse-prezidenti) müsəlmanlarla əməkdaşlığın partiyanın siyasətinə cavab vermədiyini deyərək daha çox təhlükə törədirlər. Partiya yerli səviyyədə anti-müsəlman baxışlara malikdir. Marin isə milli səviyyədə İslama qarşı daha hörmətli münasibət qəbul edilməsinə çalışır”.

Onun sözlərinə görə, bu, Fransanın müsəlman seçicilərini qazanmaq üçün bir fənddir: “Marin siyasətin populist dalğasına baş vurub”.

O əlavə edir: “Mən iki Milli Cəbhə görmüşəm, onlardan biri müsəlmanlar üçün açıq, digəri qapalı idi.  Buna görə də iki il əvvəl partiyadan çıxdım. Daha FMC-nin fəalı olmaq  üçün niyyətim yoxdur”. 

 

Tərcümə: Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button