2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Musəvi: İranla Azərbaycan arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Bakının Tehrana etimadının göstəricisidir

Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və İranın ərazisi vasitəsilə Azərbaycan ərazisinə birləşdirilməsi Bakının Tehrana olan etimadının göstəricisidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” İslam Respublikası Xəbər Agentliyinə (IRNA) istinadən xəbər verir ki, bu barədə cümə axşamı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəsinin Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəmlə görüşdə deyib.

“Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə Azərbaycan Respublikasının ərazisinə birləşdirilməsinə dair razılaşma Azərbaycan hökumətinin və xalqının İrana olan etimadının göstəricisidir”, – dövlət agentliyi səfirdən sitat gətirib.

Diplomat əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun iranlı həmkarı İbrahim Rəisinin tutduqları mövqe münasibətlərin dərinləşməsində yaxşı addımdır:

“İki ölkə prezidentlərinin son görüşü və tutduğu mövqe də iki qonşu dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində yaxşı addım hesab olunur”.

Eyni zamanda, İran elçisinin həmsöhbəti Abidin Xürrəm “Xudafərin” və “Qızqalası” su bəndlərini “dostluq bəndləri” adlandırıb:

“Biz iki ölkə prezidentinin iştirakı ilə “Xudafərin” və “Qız qalası” su bəndlərini İran və Azərbaycan arasında dostluq bəndləri kimi açmağa çalışırıq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button