2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müsavat Partiyası prezident seçkilərinin keçirilməsi üçün demokratik şəraitin olmadığını bildirib

Bakı/09.12.23/Turan: Müsavat Partiyası fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, 1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən ümummilli seçkilərin və referendumların heç birində demokratik seçkilərin əsas şərtlərinə əməl edilməyib.

Ölkədə bir qayda olaraq seçkilərin azad və ədalətliliyini təmin edən seçkiqabağı demokratik şərait mövcud olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Seçki qanunvericiliyi demokratik standartlara cavab verməyib, seçki komissiyaları iqtidarın nəzarəti altında olub.

 S eçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib. Səsvermə və səslərin sayılması prosesi kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayət olunub.

“Bütün bunlar azmış kimi, son illərdə siyasi hakimiyyət öz “qələbəsini” asanlaşdırmaq  məqsədilə növbədənkənar seçkilər praktikasından istifadə edir. Ölkə başçısı İlham Əliyev bunun səbəbləri barədə cəmiyyətə hər hansı izahat vermədən, 2024-cü il fevralın ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib”, – bəyanatda deyilir.

Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur, partiya hesab edir.

Seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması tələb edir.

“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu şərtlərə əməl etməyi, seçkilərin bərabərhüquqlu siyasi rəqabət şəraitində keçməsini əngəlləyən bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edir”, – partiyanın bəyanatında deyilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button