2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Müsavat tərəfdarları Rəsulzadənin abidəsi önündə

Bu gün, yanvarın 31-də saat 12 radələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günü münasibəti ilə Müsavat Partiyasının üzvləri onun Novxanı kəndindəki abidəsi önündə mitinq keçiriblər.

Müsavat Partiyasının tərəfdarları kəndin girişindən abidənin önünə gələnə kimi yürüş ediblər. Onlar «Müsavat», «Rəsulzadə», «Qarabağ» kimi şüarlar səsləndiriblər.

Daha sonra abidənin önünə əklil qoyublar.

Saytların yığılması Saytlarin yigilmasi

Tədbirin aparıcısı, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib ki, bu il xüsusi önəm daşıyır, çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur.

Müsavat Partiyasının Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı isə deyib ki, bu il həm də Azərbaycanda prezident seçkisi keçiriləcək. Onun deməsinə görə, Müsavat Partiyası hakimiyyəti seçki yolu ilə dəyişmək niyyətindədir. G.Aslanlı vurğulayıb ki, onlar bu seçkidə keçmiş başqanları İsa Qəmbəri müdafiə edəcəklər.

Aksiyanın gedişində həbsdə olan siyasi fəallara, jurnalistlərə azadlıq şüarı da səslənib.

Müsavat Partiyası başqanı Arif Hacılı da öz çıxışında M.Ə.Rəsulzadənin xidmətlərindən bəhs edib. O deyib ki, Azərbaycan yaşadıqca, M.Ə.Rəsulzadənin adı da daim yaşayacaq.

Müsavat partiyası başqanı da prezident seçkisinə toxunub. A.Hacılı vurğulayıb ki, bu prezident seçkisində cümhuriyyətin gerçək dəyərlərini bərpa etmək niyyətindədirlər.

Milli Şura da Rəsulzadəni andı
Bu gün, yanvarın 31-də saat 12:40 radələrində Milli Şuranın tərəfdarları da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günü münasibəti ilə mitinq keçiriblər.

Bu tədbir də M.Ə.Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə gerçəkləşib.

Bu aksiyada da, əsasən, «Rəsulzadə» şüarları səslənib.

«Eşq olsun Məmməd Əmin Rəsulzadə ideyalarını yaşadan gəncliyə». Bunu anım mərasimində Milli Şuranın sədri Cəmil Həsənli deyib:

«Bu ölkədə heykəl əlindən tərpənmək olmur. Ancaq ölkəni ölkə edən, dağınıq ərazidən vətən yaradan insanların, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının Bakıda bir heykəli belə yoxdur».

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli çıxışında AXC-nin baş naziri Nəsib bəy Yusifbəylinin atasına məktubunu xatırladıb. O deyib ki, Azərbaycanın indiki hakimiyyətinin təmsilçilərindən fərqli olaraq, AXC dönəmində hökumət üzvləri xalq malını mənimsəməyiblər.

«Bizim yolumuz Cümhuriyyət yoludur, Rəsulzadə yoludur»
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də M.Rəsulzadəni milli lider adlandırıb:

«Biz bura neçə illərdir ki, hər il iki dəfə olmaqla sevə-sevə gəlirik, amma bu il xüsusilə əlamətdardır. Azərbaycan Cümhuriyyətinin 100 illiyidir. Bu il həm də Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyidir».

Ə.Kərimli indiki hakimiyyətdən də danışıb. Vurğulayıb ki, bu hakimiyyət ölkənin adını ancaq beynəlxalq «qara siyahı»lara salmağı bacarıb.

«Bir tərəfdə xalqa xidmət edən zehniyyət var, digər tərəfdə xalq malını talan edənlər. Bir tərəfdə azadlıq düşüncə tərzi var, digər tərəfdə avtoritar hakimiyyət. Ona görə də onların xalqa təqdim edilməsini istəmirlər. Amma bizim yolumuz Cümhuriyyət yoludur, Rəsulzadə yoludur», – deyə Ə.Kərimli qeyd edib.

Xatırlatma
Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib.

Azərbaycan hakimiyyətinin rəsmiləri isə tənqidləri qəbul etmirlər. Onlar deyirlər ki, Xalq Cümhuriyyəti zamanı Azərbaycanda əsası qoyulan dəyərlər indi də hökm sürür. Rəsmilərin vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə də siyasi iradə var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button