2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Müxalifətin millət vəkillərinə yönəlik ittihamları əsassızdır”

Aydın Mirzəzadə: “Müxalifət dünənini unudur, sabahla bağlı isə onun aydın təsəvvürü yoxdur”

Ölkədəki maliyyə-iqtisadi durumun ağırlaşması hökumətlə yanaşı, millət vəkillərinə yönəlik ittihamları da aktuallaşdırmaqdadır. Belə ki, bəzi müxalif siyasilər hesab edir ki, vəziyyətin bu həddə gəlib çatmasında hökumət təmsilçiləri ilə yanaşı millət vəkillərinin də kifayət qədər məsuliyyət payı var. Onlar millət vəkillərini vaxtında mövcud problemlərə diqqət çəkməməkdə, hökumətin fəaliyyətinə nəzarət etməməkdə ittiham edir.

Maraqlıdır, vəziyyətin indiki həddə gəlib çatmasında millət vəkillərinin həqiqətən də günah və məsuliyyət payı varmı? Millət vəkillərinin özü bu barədə nə düşünür?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-un sualını cavablandıran millət vəkili Aydın Mirzəzadə millət vəkillərinə yönəlik məlum ittihamlarla razılaşmadığını vurğuladı:

“Hesab edirəm ki, ittihamların heç bir əsası yoxdur. Milli Məclisin deputatlarının əksəriyyəti vaxtaşırı parlamentdə, mətbuatda ölkədəki mövcud vəziyyətlə bağlı həm təqdiredici, həm də tənqidi mövqedən çıxış edib.

Müxalifət nümayəndələrinin özlərinin ölkənin sosial problemlərinin həlli ilə bağlı aydın proqramları yoxdur. Müxalifət bir qayda olaraq bir günlə yaşayır. O, dünənini unudur, sabahla bağlı isə onun aydın təsəvvürü yoxdur”.

Seymur Əliyev
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button