2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

“Nə Suriya, nə də Ukrayna Qarabağı Rusiyaya unutdurmayacaq”

Elxan Şahinoğlu: “Rusiya istənilən halda prosesləri nəzarət altında saxlamağa çalışacaq”

Son günlər nizami Ukrayna ordusunun Rusiya tərəfindən himayə olunan qondarma separatçı “dövlətlərə” hücum etməsi, hər iki tərəfin ciddi itkilər verdiyi ilə bağlı məlumatlar yayılmaqdadır. Maraqlıdır, Ukraynanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə Rusiya ilə aparacağı yeni bir müharibə Kremlin diqqətini Qarabağdan, Cənubi Qafqaz regionundan yayındıra, ermənilərə dəstəyini əhəmiyyətli dərəcədə azalda bilərmi?

24saat.org-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Belə bir müharibənin Rusiyanın Cənubi Qafqaza diqqətini azaldacağını zənn etmirəm. Çünki Rusiya zəifləsə də, bir çox istiqamətlərdə ciddi fəallıq nümayiş etdirir. Bir tərəfdən Krımı işğal edərək Donbas separatçılarına dəstək verib. Buna paralel olaraq Suriyaya hərbi müdaxilsini davam etdirir. Rusiya qonşu ölkələrdə də proseslərə müdaxilə etməyə çalışır. Azərbaycanın özünə nəzər salın. Biz aprel qarşıdurması zamanı 4 gündən artıq savaşa bilmədik. Rusiya təzyiq göstərdi, müəyyən zənglər oldu və s. Rusiya çalışır ki, prosesləri nəzarət altında saxlasın. Bu baxımdan düşünmürəm ki, Ukraynada, Suriyada baş verən hadisələr Rusiyanın başını qarışdıra bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button