2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nərimanovdakı qətlin üstü açıldı –Baş Prokurorluqdan açıqlama

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bu barədə 24.saat.org-a Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən  məlumat verir.

Məlumata görə, cari il fevralın 5-də saat 18 radələrində 1953-cü il təvəllüdlü Hüseynov Firudin Bağır oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib:

Saytların yığılması Saytlarin yigilmasi

“Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş Məmmədov Zakir Elxan oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button