2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Naftalanda Zəfər Günü ilə bağlı sərgi təşkil edilib

Naftalan şəhərində 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Naftalan şəhər icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, həmçinin turistlər iştirak edib.

Tədbir Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxışla başlayıb. Daha sonra Vətən müharibəsi mövzusunda hazırlanmış sərgi ilə tanışlıq olub.

Tədbiri giriş sözü ilə açan icra başçısı naftalanlıları və şəhərimizin qonaqlarını bayram münasibətilə təbrik edib.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başlatdığı Vətən müharibəsi Azərbaycanın qələbəsi, düşmənin darmadağın edilərək kapitulyasiyası ilə sona çatıb.

Tədbir konsert proqramı ilə davam edib, konsertdə xüsusi qonaq qismində iştirak edən hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, həmçinin yerli müğənnilər öz ifaları ilə çıxış ediblər.

Sonda Naftalan Şəhər İcra Hakimiyyətinin xüsusi sifarişi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə hədiyyəsi şəhid ailələrinə təqdim edilib, onlarla xatirə şəklləri çəkilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button