2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Namizəd Səfərov: “Hakimiyyət çox “bic” siyasət aparır”

24 saat.org Milli Şuranın üzvü, tanınmış hüquqşünas Namizəd Səfərovla müsahibəni təqdim edir

– Namizəd bəy, sosial şəbəkələrdə Siyavuş Novruzovun İqbal Ağazadəyə qarşı dediyi fikirlərə münasibət bildirmişiniz, Novruzovun fikirlərini ölkədə işgəncə faktının təsdiqi kimi qiymətləndirmisiniz. Bu yanaşma ilə siz İqbal Ağazadəni müdafiə etmək istəmisiniz?

– Xeyir. Kimisə müdafiə etmək niyyətim olmayıb. Sadəcə olaraq mənim qiymətləndirməm daha çox ölkədəki vəziyyətlə bağlı olub. Mən qətiyyən İqbal Ağazadənin adını çəkməmişəm. Fikirlərim əsasən Siyavuş Novruzovun açıqlaması və ondan çıxan nəticələrlə əlaqəli olub.

Saytların yığılması Saytlarin yigilmasi

– Əslində proses İqbal Ağazadənin təkrar seçkilərə getməsi ilə başlamadımı?

– Vətəndaşın və ya hansısa partiya sədrinin seçkilərə gedib-getməməsini mən şərh edə bilmərəm. Elə düşünürlər və seçkilərə gedirlər. Burada xüsusi düşmənçilik məsələsi yoxdur. Mən İqbal Ağazadənin fəaliyyəti haqqında onu deyə bilərəm ki, Milli Məclisin üzvü olduğu dövrdə daima tənqidi fikirlər səsləndirib, qanunsuz həbs edilən şəxslərlə bağlı fikirlərini açıq deyib. Yəni 125 deputatdan yalnız Ağazadə fikirlərini net şəkildə söyləyib. Ancaq aydındır ki, İqbal Ağazadənin müxalifətçiliyi radikal müxalifətçilik deyil, onun parlamentə düşməsi də, hakimiyyətin razılığı ilə baş verib. Baxın, son parlament seçkilərində razılıq vermədilər və Ağazadə parlamentə düşə bilmədi. Sözsüz ki, bu məsələlər var və onu təkzib etməyə də dəyməz.

– Ancaq radikal müxalifət-xüsusilə təmsil olduğunuz Milli Şura bəyan edirdi ki, seçkilərə getmək hakimiyyətin demokratik görüntüsünü yaratmağa xidmət edir, bu şəxslər sadəcə demokratiyanın imitasiya prosesində üzərinə düşəni edirlər…

– Məncə, İqbal Ağazadə istəyirdi ki, deputat seçilsin. Hətta mən bir ara düşündüm ki, hakimiyyət Ağdaş seçki dairəsindən İqbal Ağazadəni keçirmək istəyir. Çünki 2015-ci il parlament seçkiləri zamanı hakimiyyət İqbal Ağazadə ilə Araz Əlizadəni üz-üzə qoydu. Və sonda da üstünlüyü Əlizadəyə verdi. Sonradan fikirləşdim ki, Ağdaşdan deputat yeri boşalıb və İqbal Ağazadə buradan keçəcək. Ancaq gördüyünüz kimi bu alınmadı.

– Əgər hakimiyyətə oynayan partiyaları belə parlamentə buraxmırlarsa, bu o anlamı verirmi ki, daha iqtidara “cib” müxalifəti lazım deyil?

– Əslində mən bir qədər fərqli düşünürəm. Hesab edirəm ki, hakimiyyətin deputat olmaq üçün söz verdiyi insanların sayı o qədər çoxdur ki, onların hamısını Milli Məclisə yerləşdirə bilmir. Bu hamımızın fikridir ki, iqtidarın razılığı omasa Azərbaycan parlamentinə kimsə düşə bilməz. İstəyirsən namizəd olduğun dairədə bütün əhalini səfərbər edərək seçki məntəqələrinə gətir. Yenə də, mümkün deyil. Parlamentə düşmək üçün hakimiyyətin razılığı olmalıdır. Mən hesab edirəm ki, son seçkilər sadəcə olaraq formal bir addım idi. Əslində orada heç bir seçki keçirilməyib, heç kim seçki məntəqəsinə gəlməyib. Yalandan həmin dairə üzrə məntəqələrdən protokollar tətbiq ediblər. Təbii ki, bu protokollar da, YAP namizədinin lehinə hazırlanıb.

– Namizəd bəy, ölkədəki ümumi durumu, vəziyyəti necə görürsünüz?

– Azərbaycanda 3 il öncə ilə müqayisədə yaxşı mənada heç bir dəyişiklik müşahidə edilmir. Əgər dəyişikliklər baş veribsə də, bu ancaq pisliyə doğru olub. Bunu görməmək mümkün deyil. İqtisadi sahədə vəziyyət göz önündədir. Hakimiyyətin apardığı siyasi kursda da hər hansı bir dəyişiklik yoxdur. Ölkə bəlkə də ilk baxışda gözəl görünür, o mənadakı şəhərdə bahalı avtomobillər şütüyür, parklar tikilib və s. Ancaq arxa divarda kütləvi işsizlik, hüquqsuzluq, insanların pulsuzluq əziyyəti görünür. Yəni yollarda dəyəri milyon dollarla ölçülən avtomobillərin şütüməsi, Az.Tv-nin hansısa reportajları başqa, insanların real durumu isə tam başqa situasiyadır. Ölkə hakimiyyət tərəfindən necə idarə olunur sualı əslində vətəndaşların yaşam tərzi ilə müəyyən edilir. Bu gün ki, reallıq isə işsizlik, pulsuzluq və hüquqsuzluqdan ibarətdir. Deməli ölkə yaxşı idarə edilmir.

– Əgər ölkə bərbad idarə olunursa, insanların yaşayışı çətindirsə, kütləvi etirazlar nədən yoxdur?

– Məncə, hakimiyyət olduqca “bic” siyasət aparır. İkinci tərəfdən, insanların gözlərini qorxudublar. Odur ki, insanlarımız etiraz etməkdən çəkinirlər. Eyni zamanda bu başqa bir məqamla bağlıdır. Açığı, mən özümdə bunun səbəbini bilmirəm. Ancaq insanlar hələdə belə hallara dözməkdə davam edirlər. Sadəcə vətəndaş həm də görür ki, haqqını tələb edən, etiraz edən insanları saxta ittihamlarla dama qoyurlar. Bu gün Azərbaycan həbsxanalarında yüzdən çox siyasi məhbus var.

– Sizə elə gəlmirmi ki, hakimiyyət yumşaq siyasətə keçid edərək çoxlu sayda insanı həbsdən azad etdi?

– Xeyir, mən bu cür düşünmürəm. Ola bilsin ki, martdan bu yana bəzi şəxslərin həbsdən azad edilməsi, bəzilərinin məhkəmə yolu ilə azadlığa buraxılması belə bir təəssürat yaratsın. Məncə, bu aldadıcı təəssüratdır. Əksinə, sanki hakimiyyət vinti bir qədər boşaldır, bəzi şəxslər azadlığa çıxır, bununla paralel olaraq bəzi şəxsləri qondarma ittihamlarla həbsə atırlar. İndi eşitdim ki, Daşkəsən rayonunda hansısa partiyanın üzvü olan cavan oğlanı səsləndirdiyi fikirlərinə görə, əsassız olaraq saxlayıblar və 15 sutka həbs cəzası veriblər. Mən hesab edirəm ki, hakimiyyətin siyasətində heç bir dəyişilmə və yumşalma yoxdur. Əksinə, ənənəvi siyasəti əvvəlki formada davam edir. Hakimiyyət mahiyyətcə eynidir. Onun dəyişəcəyi və cəmiyyət üçün vacib reformalar aparacağına qətiyyən inanmıram. Bu heç mümkün də deyil.

– Yəni nə hakimiyyət özü dəyişmək istəmir, nə də onu dəyişmək istəyən alterativ yoxdur…

– Siz bunu deyərkən bəlkə də inqilabi yola işarə vurursunuz. Ancaq biz ölkədə hakimiyyətin azad seçkilər vasitəsilə dəyişilməsini vacib sayırıq. Çünki bunun alternativi yoxdur. İndiki hakimiyyət əgər 23 ildir iqtidarda qalırsa, deməli azad və şəffaf seçkilər nəticəsində qalmayıb

– Oqtay Gülalıyevin saxlanılması haqda xəbər yayılıb. Siz bu haqda məlumatlısınızmı?

– Xeyir. Bu barədə ilk dəfə sizdən eşidirəm. Ancaq biz bilirik ki, Oqtay Gülalıyev sözünü deyən insandır, onun övladlarına qarşı da təzyiqlər olub. Yəqin ki, bu xəbərlə bağlı yaxın dövrdə daha müfəssəl məlumatlarımız olacaq. Ancaq Oqtay Gülalıyevi saxlayıblarsa, dəqiqdir ki. buna səbəb onun fikirləri olub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button