2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nardaranın Şahbazovlar ailəsinin bir üzvünə də hökm oxundu

Nardaran hadisələrindən sonra dörd üzvü həbs olunan Şahbazovlar ailəsinin daha bir üzvünə mayın 23-də Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Hökmə əsasən, Fail Şahbazova 1 il 9 ay həbs cəzası verilib.

Hökmdən öncə Fail Şahbazovun vəkili Fariz Namazlı çıxış edib. Müdafiəçi deyib ki, Fail Şahbazovun ona verilmiş qanunsuz silah saxlama ittihamına heç bir aidiyyəti yoxdur. Vəkilin sözlərinə görə, o, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmədə baş verənlər haqda məlumatları, həmçinin 26 noyabr 2015-ci ildə Nardaranda polis əməliyyatı zamanı öldürülən 4 sakinin qəbrinin dağıdılması şəkillərini paylaşdığına görə həbs olunub. Vəkil F. Şahbazovun həbs olunduqdan sonra işgəncəyə məruz qalması, dişlərinin sındırılması, soyuq yerdə paltarsız saxlandığına görə böyrəklərinin sıradan çıxmasından da danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

“QARDAŞLARDAN BİRİ HƏBSƏ GİRSİN”

Fariz Namazlı müdafiə çıxışında Şahbazovlar ailəsinin digər üzvlərinin həbsinə də toxunub:

“Fail Şahbazov Nardaran kənd sakinidir, 4 qardaşdırlar. Ataları Atabala Şahbazov Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatından bir neçə gün sonra həbs olunub və Cinayət Məcəlləsinin 228.1(qanunsuz silah saxlama) maddəsi ilə məsuliyyətə cəlb edilib. Fail Şahbazovun qardaşı Əli Şahbazov atasının həbs səbəbini öyrənmək üçün polis şöbəsinə gedib. Orada ona atasının əvəzinə qardaşlardan birinin həbsə girməsi təklif edilib. Əli Şahbazov evin sonbeşiyi olduğundan buna razılaşıb. O, 2 dekabr 2015-ci ildə həbs edilsə də, atasını buraxmayıblar. Əli Şahbazova isə Cinayət Məcəlləsinin terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, kütləvi iğtişaş yaratma maddələri ilə ittihamlar verilib. Hazırda Əli Şahbazov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Atasına isə 2 il 9 ay həbs cəzası verilib. Fail Şahbazovun daha bir qardaşı Natiq isə mayın 8-də həbs olunub. Ona da qanunsuz silah saxlama ittihamı verilib, hazırda istintaqı gedir”.

“İFADƏLƏR İŞGƏNCƏ ALTINDA İMZALANIB”

Fariz Namazlı deyir ki, Fail Şahbazova qarşı ittihamın saxta olması iş materiallarından da görünür. Müdafiəçinin sözlərinə görə, cinayət işi başlandıqdan sonra Fail Şahbazovdan alınmış, silah-sursatın ona məxsusluğu haqda etiraf xarakterli ifadələr işgəncə altında imzalanıb. Hüquq-mühafizə orqanları və məhkəmələrin bu ailəyə qarşı ifrat qərəzli olduğunu vurğulayan vəkil çıxışının sonunda hakimdən bəraət hökmü çıxarılmasını istəyib: “Məhkəmənin ədalətli qərar verməsinə inanmaq istəyirəm…”

Ardından Fail Şahbazova son söz demək təklif olunub. Lakin o, bütün həqiqətləri ifadəsində söylədiyini bildirərək, danışmaq istəməyib.

Hakim bir neçə dəqiqəlik müşavirədən sonra Fail Şahbazovun 1 il 9 ay azadlıqdan məhrum edilməsinə dair hökmü elan edib.

İttihama görə, Fail Şahbazovun silah gizlətməsi haqda məlumat daxil olub. Nardaran qəsəbəsində bağlar ərazisində keçirilən baxış nəticəsində palma ağacının altında qara sellofanda bükülü vəziyyətdə 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd “F-1” qumbarası aşkar olunub.

Amma Fail Şahbazov ittihamı rədd edir, həmin silahlara heç bir aidiyyəti olmadığını bildirir.

Fariz Namazlı AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button