2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Naxçıvan Muxtar Respublikasının bütün şəhərlərinin baş planı hazırlanacaq

“Naxçıvan Muxtar Respublikasının bütün şəhərlərinin baş planları hazırlanacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosunun xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

O bildirib ki, Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verilib, əhalinin mülkiyyət hüququ pozulub, aparılan tikinti işlərində funksionallıq və memarlıq işi lazımi səviyyədə olmayıb.

F.Nəcəfli söyləyib ki, bu gün hazırlanan yeni layihələr isə elmə yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır: “Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button