2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Naxçıvanda AXCP fəalı 30 sutka həbsə məhkum edilib

Mayın 22-də Naxçıvan şəhər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şərur rayon şöbəsinin fəalı İmran Qurbanlını inzibati qaydada 30 sutka həbsə məhkum edib.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmaamq) maddəsi ilə təqsirli bilinib.

Bu barədə Turan-aAXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun fikrincə, Qurbanlının polisin tələbinə tabe olmamaqda günahladırılması tam qərəzlidir.

“İmran Qurbanlının 60 yaşı var. O, çox ədəbli və sakit bir insandır. İttiham tam siyasidir. Onun həbsi sosial şəbəkələrdəki tənidi statusları ilə bağlıdır”, deyə Bağırsoy qeyd edib.

İmran Qurbanlı mayın 21-də Naxçıvan (MR) Muxtar Respublikası Şərur Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yaşar Bağırsoyun dediyinə görə, İmran Qurbanlı iyirmi ildən çoxdur Türkiyədə fəhləliklə məşğuldur.

“O, ailəsini İstanbulda fəhləliklə qazandığı vəsaitlə dolandırır. Qurbanlı ildə bir neçə dəfə ailəsinə baş çəkir. İndi də mayın 18-də Şərurda yaşayan ailəsinə baş çəkmək üçün gəlmişdi”, deyə o qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyi, bir qayda olaraq, insanların özünü müdafiə məqsədi ilə siyasi bəyanatlar verdiyini bildirir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button