2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Naxçıvanı İran vasitəsilə birləşdirən yolun 80%-i tikilib

Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi davam edir

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Hazırda işlərin 80%-nin görüldüyü qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

 

Həmçinin layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Qeyd olunub ki, İran İslam Respublikası ilə Anlaşma Memorandumu çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvana gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. 

Avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitəsindən ibarət olacaq. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button