2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazim Bəydəmirli barəsindəki cinayət işinə xitam verilməsi üçün Prezidentə müraciət etdi

İqtisadçı həbsini uydurma adlandırıb, Prezidentə seçkilərdə uğur diləyib…

Həbsdə olan iqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə Prezidentdən barəsində açılan cinayət işinə xitam üçün göstəriş verilməsini xahiş edib.

Nazim Bəydəmirli Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4 maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Özü bu ittihamı qəbul etmir, uydurma adlandırır.

O, İlham Əliyevə müraciətində də bildirib ki, onun ötən il iyulun 4-də baş vermiş həbsi uydurma cinayət işi əsasında olub:

“Həbs olunmazdan əvvəl iki həftə ərzində media ilə aktiv əlaqədə olmuşam, “Söyüdlü hadisələri” adlanan hadisədən sonra yerli və xarici nümayəndələrə müsahibələr vermişəm”.

İqtisadçı həbsində bütün bunların rolunun olduğunu düşünür. Deyir ki, bu müsahibələr zamanı o, yerli sakinləri sakit olmağa və hüquq-mühafizə orqanları ilə münaqişələrdən qaçmağa çağırıb.

Bəydəmirli iddia edib ki, sakitliyə və Dövlət Komissiyası ilə əməkdaşlıq etməyə çalışsa da, hadisələrdən az sonra yerli saytlar və dövlət televiziyası vasitəsilə ona qarşı məqsədyönlü qara piar kampaniyası başlayıb və bu kampaniyada onu “təşkilatçı” və “rejissor” adlandırıblar. O, çıxışlarının dövlətin, xalqın mənafeyinə uyğun olduğunu vurğulayıb.

Nazim Bəydəmirli Prezident İlham Əliyevə fevralın 7-də keçiriləcək seçkilərdə uğurlar arzulayıb. O, ictimai fəaliyyəti dövründə Azərbaycan dövlətinin müdafiəsinə sadiqliyini vurğulayaraq, ona qarşı irəli sürülən əsassız ittihamlardan narazılığını bildirib.

Ötən il iyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib. Həmin vaxt 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu açıqlanıb.

Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticədə də insanların sağlamlığına mənfi təsir etdiyini bildirirdilər.

Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə səhlənkarlıq etdiyini deyib.

İyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qərarı çıxarılıb, daha sonra onun həbs müddəti uzadılıb.

Nazim Bəydəmirli və vəkilləri onun iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyindən həbs olunduğunu düşünür, eks deputat özünü “ekologiya məhbusu” sayır.

Rəsmi açıqlamada isə bildirilir ki, o, Cinayət Məcəlləsinin 182.2.4 maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button