2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazir: “Mavriki qadınların hüquqlarının qorunmasında mühüm irəliləyiş əldə edib”

“Mavriki hökuməti ölkənin patriarxal fonuna baxmayaraq, gender bərabərliyi sahəsində əhəmiyyətli addımlar atıb”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu ölkənin gender bərabərliyi naziri Kalpana Devi Kuncu-Şah noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mavriki hökuməti qarşısına qoyduğu hədəflərə nail olmaq üçün bir çox islahatlar həyata keçirib.

O əlavə edib ki, ölkəsində Gender Bərabərliyi Nazirliyinin yaradılması buna bariz nümunədir.

Nazir Bakıda təşkil olunan konfransın Qoşulmama Hərəkatının beynəlxalq aləmdə fəaliyyətinin fəallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Gender bərabərliyi iqtisadi və sosial inkişafın əsasıdır”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button