2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nazir Rusiyadan gələn xüsusi nümayəndəni qəbul edib

Bu gün, sentyabrın 9-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər, regionda vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri barədə fikir mübadiləsi aparıblar: “Bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının, habelə normallaşma prosesi çərçivəsində əldə edilmiş razılıqların tam icrasının vacibliyi vurğulanıb”.

Yaxın günlərdə ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Filip Rikerin də Azərbaycana gəlişi gözlənir. Bir gün əvvəl regiona səfərə başlayan F.Riker hazırda Ermənistandadır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Rusiya və Ermənistan arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Ötən il də tərəflər nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar. Amma ötən ilin dekabrından sonra tərəflər arasında, əsasən, Avropa İttifaqı Şurasının prezidenti vasitəçilik edir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button