2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazirlik 30 dekabr iş günü ilə bağlı qərar verib

30 dekabrda iş günü bir saat qısaldılıb.

Toplum TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, bəzi istisnalar olmaqla, iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində həmin iş günü müddətinin bir saat qısaldıldığı qeyd edilib.

Bu gün həmçinin məlum olub ki, 31 dekabr – 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də “Azərpoçt”un  şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button