Neftaçalada 500 ailə qışlaqdan köçürülür?
“Neftçala rayonunun Xan qışlaq (8-ci sahə) adlanan ərazidə 500-dən yuxarı əhali məskunlaşır. Bu əhali SSRİ vaxtından bəri əslən Lerik rayonundan ora köçmüş insanlardır. Əhali heyvandarlıqla məşğul olur. İndi Rayon İcra Hakimiyyəti və digər qurumlar əhaliyə təzyiq edərək ordan çıxarmaq istəyirlər”.
Bunu sosial şəbəkədə gənc fəal Azər Kazımov yazıb.
Onun sözlərinə görə, Neftçala Rayon İcra Hakimiyyəti əhalini həmin ərazilərdən köçürmək istəyir: “Rayon icra başçısı guya bu ərazidə pambıq əkəcəklər deyə bəhanə gətirib güc strukturları vasitəsilə əhalinin başına min bir oyun açaraq ordan uzaqlaşdırır. Qışı bu soyuğunda insanlar hara gedəcəyini bilmir. Hara müraciət etsələr də, heç bir nəticəsi yoxdur”.
Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
Arqument.Az