2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

"Neftçi” klubu 3 futbolçu transfer edib

“Neftçi” futbol klubu 3 futbolçu ilə müqavilə bağlayıb.

“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyicənəklər.

Qeyd edək ki, Mahir Şükürov 1982-ci il dekabrın 12-də Sumqayıtda anadan olub. Bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin “Antalyaspor”, “Karşıyaka” və Rusiyanın “Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə “Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Boban Baykoviç 1985-ci il martın 15-də Monteneqronun Çetinye şəhərində dünyaya gəlib. Yerli “Lovçen” klubunun yetirməsidir. O, həmçinin serbiyanın “Srvena Zvezda”, “Yedinstvo”, “Radniçki”, “Rad”, “Smederevo”, “Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika “Lyers”i olub.

Jonas Pessalli 1990-cı il sentyabrın 24-da Braziliyanın Bentu Qonsalveş şəhərində doğulub. “Qremio”nun yetirməsi olan futbolçu Brazliyanın “Qremio Barueri”, Fransanın “Anje” və “Luson” klublarında çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button