Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Neftdən sonra qaz – Rusiyaya daha bir limit tətbiq edilə bilər

Avropa İttifaqı (Aİ) ölkələrinin ekspertləri sentyabrın 7-də Rusiyadan idxal olunan təbii qazın qiymətinə limit qoyulmasını müzakirə edəcəklər.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 7-də keçiriləcək texniki iclasda Rusiya “mavi yanacağı” üçün iki mümkün strategiya nəzərdən keçiriləcək: qiymət həddi tətbiqi və yanacaq təchizatında fasilələrdən ən çox təsirlənən regionlar üçün fövqəladə hallar zamanı qiymətlərin müəyyənləşdirilməsinin inzibati metodu.

Qeyd edək ki, G7 ölkələri bir neçə gün öncə Rusiyadan alınan neftə qiymət limiti tətbiq ediblər. Belə ki. limit qiyməti müəyyən olunmuş normadan yüksəsk olacağı təqdirdə, həmin neftin dəniz yolu ilə daşınmasına qadağa qoyulacaq.

24 saatNeftdən sonra qaz – Rusiyaya daha bir limit tətbiq edilə bilər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Azərbaycn üçün təhlükə varmı, yaxud neft niyə ucuzlaşır?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button