2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Netanyahu Azərbaycana dekabrın 13-də gələcək

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə APA-ya təsdiqləyib ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.

 

Bu, B. Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

 

Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir. Qeyd edək ki, bir müddət öncə də İsrail mətbuatında baş nazirin səfəri haqda məlumat verilmişdi. Lakin onda hökumət səfərin yaxın günlərdə baş tutacağını təsdiqləsə də, dəqiq tarix açıqlamamışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button