2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Netanyahunun sağ qolundan flaş açıqlamalar… İsraildən İrana ultimatum kimi xəbərdarlıq

class=”mediyanet-inline-adv”>

İsrailin Qəzzaya hücumları aramsız olaraq davam edir.

İsrail Müdafiə Qüvvələri blokadada olan əraziyə qurudan və havadan hücum edir.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzzada humanitar vəziyyətin hər keçən dəqiqə daha da pisləşdiyi bir vaxtda dünyanın gündəminə ilk olaraq İsraildən gələn açıqlama gəldi.

İsrailin baş naziri Netanyahunun sağ əli İrana ultimatum kimi xəbərdarlıq edib.

Netanyahunun sağ əli Ophir Falk İrana xəbərdarlıq edib ki, İsrailin Həmasla müharibəsindən kənarda qalsın.

İngiltərənin Daily Mail qəzetinə danışan Falk, “İran prezident Baydenin dediklərinə diqqətlə qulaq asmalıdır” deyib.

Falk, ‘İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə etməməlidirlər’ dedi və sözlərini belə davam etdirdi;

class=”mediyanet-inline-adv”>

“Biz HƏMAS-ı məhv etməyə yönəlmişik və ümid edirəm ki, baş verməyəcək başqa bir cəbhəyə hazırıq. İsrail ordusu tam hazırdır və İsrailə qarşı başqa cəbhə açmaq hər kəs üçün ən böyük səhv olardı”.

Netanyahunun sağ qolundan flaş açıqlamalar... İsraildən İrana ultimatum kimi xəbərdarlıq

Falk, İsrailin London və Vaşinqtonun dəstəyini alqışladığını, lakin Fələstin tərəfdarı yürüşlərdə iştirak edən yüz minlərlə insanın HƏMAS-ın törətdiyi sırf vəhşiliklər barədə “yanlış məlumatlandırıldığını” iddia etdi.

“Gördüyümüz kimi, etirazçıların əksəriyyəti yanlış məlumatlandırılıb” dedi Falk.

Dünyanın hər yerindən gələn atəşkəs çağırışlarına qulaq asan İsrail rəsmisi, “Şəxsən mən bunu hiss etmirəm, çünki bilirik ki, belə bir atəşkəs istəmək 11 sentyabrdan sonra atəşkəs istəməyə bənzəyir. “

Netanyahunun sağ qolundan flaş açıqlamalar... İsraildən İrana ultimatum kimi xəbərdarlıq

Digər tərəfdən ABŞ prezidenti Co Bayden Qəzza zolağındakı xəstəxanaların qorunmalı olduğunu bildirib.

İndoneziya prezidenti Coko Vidodo Ağ Evdə görüşdüyü Baydenə atəşkəsin vacib olduğunu bildirib.

class=”mediyanet-inline-adv”>

Qəzzada Şifa Xəstəxanasında olan Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra verdiyi açıqlamada, Şifa xəstəxanasının mühasirəsi və elektrik kəsilməsi səbəbiylə son 3 gündə 3-ü vaxtından əvvəl doğulmuş körpə olmaqla 32 xəstənin həyatını itirdiyini bildirib.

2023-11-14 11:44:55

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button