Nicat Əmiraslanov 30 sutka inzibatı cəza aldı - 24 saat xəbərlər
Now Reading:
Nicat Əmiraslanov 30 sutka inzibatı cəza aldı
Full Article 30 second read

Nicat Əmiraslanov 30 sutka inzibatı cəza aldı

Nicat Əmiraslanov
Nicat Əmiraslanov.

Jurnalist polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib

Mayın 23-də Qazax Rayon Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə jurnalist Nicat Əmiraslanova hökm oxunub. 

Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni əmrinə tabe olmamaq ittihamıyla təqsirləndirilərək 30 sutka azadlıqdan məhrum edilib. 

Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb.

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.

N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.