2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb

Bu gün Azərbaycanda səhər saat 8:00-da növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Toplum TV xəbər verir ki, 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, səsvermə saat 19:00-da başa çatacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Seçkilər bu il ilk dəfə işğaldan azad edilmiş ərazilərdə də keçirilir.

Məzahir Pənahovun açıqlamasına görə, azad edilmiş ərazilərdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.

O həmçinin qeyd edib ki, 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədə səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

MSK sədri seçkinin ilkin nəticələrini saat 21.00-da açıqlamağı gözlədiklərini bildirib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button