2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ölkəyə daxil olan valyuta, ölkədən çıxanı üstələyib – TƏDİYYƏ BALANSI AÇIQLANDI – RƏQƏMLƏR

2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. Beləliklə, illik müqayisədə tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artıb.

az24saat.org Mərkəzi Bank-a istinadən xəbər verir ki, “2019-cu ilin 9 ayı üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari əməliyyatlar Balansında yaranmış 4 mlrd dollarlıq profisit ehtiyat aktivlərinin 4.2 milyard dollar artmasını şərtləndirmişdir”

Bu rəqəm 2018-ci ilin göstərici ilə müqayisədə daha artıqdır. Belə ki, 2018-ci ildə tədiyyə balansının saldosu 3 milyard 508 milyon dollar təşkil etmişdi. 2019-cu ildə müsbət saldo 1 milyard 635 milyon artıb. 

Saytların yığılması Saytlarin yigilmasi

AMB bildirir ki, 2019-cu ildə tədiyə balansı  neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib. 

«Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 4.4 mlrd.$, kapitalın və maliyyənin hərəkəti balansında isə 0.1 mlrd.$ profisit ehtiyat aktivlərinin 5.1 mlrd.$ artmasına şərait yaratmışdır»-deyə bildirilir. 
 
Bununla yanaşı, 2018-ci illə müqayisədə cari əməliyyatlar balansının müsbət saldosu 30%-ə yaxın azalıb. Bunun 2 səbəbi var; xarici ticarət balansının saldosundakı 1.3 mlrd. dollarlıq azalma (idxalın artımı hesabına), xidmətlər balansının mənfi salosunun 600 mln. dollar artım.

Tədiyə balansının müsbət saldosunun 1.6 mlrd. dollar artıımına isə kənara kapital axınının kəskin azalması rol oynayıb.
2018-də ölkədən kapital çıxışının qalığı 4.8 mlrd. dollar olmuşdu, bu il 4 dəfə azalaraq 1.2 mlrd. dollara enib. Kənardakı neft layihələrinə qoyuluşlar üçün kapital çıxışı da 2 dəfə azalıb.
“Xalis xəta və nöqsanlar” maddəsi altında ölkəyə uçotsuz valyuta axını 662 mln. dollar olub. 2018-də bu göstərici 646 mln. dollar idi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button