2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Olmaz! Saqqal olmaz, telefon olmaz, söyüş söymək olmaz, su içmək… olar

Məlum olduğu kimi, bir neçə gündür Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb.

Bu gün sözügedən layihə artıq nazirliyin saytında yayımlanıb. Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı çərçivəni müəyyən edəcək sənəddə müxtəlif məqamlar yer alsa da, daha çox maraq doğuran şagirdlərə geyim və xarici görünüşlə bağlı qoyulan qadağalardır.

Qaydalarda qeyd olunur ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Şagirdlərə tətbiq olunan qadağalar bunlardır: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.

Həmçinin ümumi təhsil müəssisələrin yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

Bundan əlavə, şagirdlər ağıllı saat və telefonlar, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir.

Layihədə o da bildirilir ki, əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından (telefon, planşet və s. – red.) istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir.

Bundan başqa, əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.

Şagirdlər həm də yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.

Layihədə qeyd olunur ki, şagird dərs zamanı sinif otağını/tədris məkanını tərk etməməsi üçün özü ilə məktəbə su gətirməlidir. Sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər.

Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi bəndində göstərilir ki, qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.

Qaydalarda həmçinin bəzi əşyaların ümumi təhsil müəssisəsinə gətirilməsi qadağandır. Bura  kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr daxildir. Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi isə qanuna əsasən müəyyənləşdirilir.

Valideynlər və ya qanuni nümayəndələr tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb rəhbərliyinin icazəsi ilə daxil olmalıdırlar.

Sözügedən layihədə qeyd olunur ki, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalı, axşam saatları, istirahət və bayram günləri məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinməlidirlər. Valideynlər “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməlidirlər. Həmçinin öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.

24 saat” “Olmaz! Saqqal olmaz, telefon olmaz, söyüş söymək olmaz, su içmək… olar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button