2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Ölülərini Azərbaycana gətirə bilməyənlər” – Rusiyadakı azərbaycanlıların vəziyyəti necədir?

26 ildir ki, Rusiyada yaşayan azərbaycanlı  iş adamı Gündüz Hüseynov Qərb dövlətləri və müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar ucbatından işini müvəqqəti olaraq dayandırmalı olub.

Mart ayından Rusiyada dolların məzənnəsinin qalxmasından sonra orada ticarətlə məşğul olan bir çox azərbaycanlı kimi, Gündüz Hüseynovun biznesi də zərər edib. Onun söylədiyinə görə, ən böyük zərərlə üzləşənlər daha çox xaricdən mal idxal edib, satanlar olub:

“Çünki bu mallar xarici valyuta ilə alınmış mallar idi, rublun məzənnəsi düşəndə, qiymət çox baha çıxırdı. Həmçinin, yanvar-fevral aylarında müştərilərə verilən mallar var idi və bu mallar daha əvvəlki qiymətlərlə verilmişdi. Mart ayında bu malların ödənişləri ediləndə 30-40 faiz zərər oldu. Biz özümüz də işimizi qismən dayandırdıq və xaricdən mal alışını saxladıq. Çünki dolların kursunun necə olacağı bəlli deyildi. Biz də qorxu və panika içində idik”.

Saytların yığılması Saytlarin yigilmasi

“Zavodlar bağlanıb”

Ötən yarımili zərərlə işlədiklərini deyən işadamı hazırda Rusiyada bütün sahələrdə, xüsusilə ticarətdə dövriyyənin xeyli azaldığını vurğulayır.

“Çünki Rusiyada gizli işsizlik var. Düzdür, işçilərə müəyyən ödəmələr edilir, amma demək olar ki, bütün zavodlar bağlanıb”-deyə, əlavə edir.

Rusiyanın Ukraynaya hərbi hücümu artıq beş aydır ki, davam edir. Rusiyada yaşayan azərbaycanlıların bəziləri Rusiyada qalıb, həyatına davam etsə də, digərləri sanskiyalardan sonra ölkəni tərk edərək, Azərbaycana üz tutur.

“Qiymətlər çox qalxdı. Mənim 3 nəfər dostum var idi, burada mağaza işlədirdilər. Amma onlar  buradakı ev-eşiyini, maşınını, hər şeyini satıb, birdəfəlik Azərbaycana qayıtmalı oldular. Çünki icarə haqları, benzinin qiyməti, hər şeyin qiyməti qalxmışdı” deyə, Rusiyada ticarətlə məşğul olan başqa bir azərbaycanlı  Anar Quliyev BBC News Azərbaycancaya danışır.

“Adicə bir müqayisə edim. Mən meyvə satıram, məsələn, əvvəllər gilasın kilosu  4-5 manat idi, indi 12 manatdır. Biz burada birlikdə oturub, söhbət edəndə, eşidirik ki, məlum sanksiyalar bir çox azərbaycanlının işinə zərər vurub”.

Anar Quliyev onu da deyir ki, hazırda Rusiyadakı azərbaycanlılar müharibədən əvvəlki həyatına davam edir: “Kimi tikintidə işləyir, kimi alver edir və s. Dollar qalxanda, çox adam pulunu dəyişdi. Amma indi, xüsusi problem yoxdur. Azərbaycana pul göndərmək məsələsini “Zolataya Korona” ilə problemsiz həll edirik. Dollar və ya rubl göndərmək problem deyil”.

Azərbaycana pul göndərəndə…

Təhlükəsizlik məsələləri ilə bağlı adının açıqlanmasını istəmədiyini deyən və hazırda Moskvada restoran biznesi ilə məşğul olan azərbaycanlı  Y.C.  BBC News Azərbaycancaya deyir ki, sözügedən sanksiyaların ona müəyyən mənada xeyri də dəyib.

“Əvvəl dolları 70 manata alırdıq, indi 50 manata alırıq. Müharibədən sonra yaranan problem odur ki, Azərbaycana pul göndərəndə, orada pulu dollar yox, manat kimi verirlər. Sanksiyalar vaxtı süni qiyməti artımı baş vermişdi, amma indi isə qiymətlər öz yerini tapıb, əvvəlki vəziyyətdədir”, o deyir.

“Ümumi olaraq, bizim Amerikadan, Avropadan aldğımız malların heç birini biz bu gün ala bilmirik. Həmçinin, buradakı xarici şirkətlər, məsələn, Makdonalds bağlandı, işçiləri işsiz qaldı”, anonim qalmaq istəyən müsahibimiz əlavə edir.

51 yaşlı biznesmen Gündüz Hüseynov onu da vurğulayır ki, tanıdığı azərbaycanlılardan Rusiyanı tərk etmək istəyənlər olsa da, onlar Azərbaycana yox, başqa ölkələrə getmək istəyir.

“Amma ümumiyyətlə, Azərbaycana ziyarət üçün getmək istəyənlər quru sərhədlər bağlı olduğu üçün ciddi problem yaşayır. Təyyarə biletləri çox bahadır, xüsusi ilə adi işlərdə işləyən azərbaycanlılar üçün daha çətindir. Çünki əvvəllər insanlar ildə bir neçə dəfə sərhədi keçib, Azərbaycana gedirdilər, amma indi gedə bilmirlər”- deyə, o, fikrini tamamlayır.

“Rəhmətə gedən azərbaycanlıları buradakı “tatar qəbirstanlığı”nda dəfn edirik”

Yaşadığı Nijni-Novoqorod şəhərinin ara məhəllələrində səyyar meyvə-tərəvəz satışı ilə məşğul olan Anar Quliyev də “Rusiyadakı azərbaycanlıların  ən böyük problemlərindən biri pandemiyadan sonra Azərbaycan-Rusiya quru yol sərhədlərinin açılmamasıdır”- deyə, gileylənir.

 Pandemiyadan əvvəl o, özünün şəxsi avtobusu ilə Gəncə-Nijni Novoqorod şəhərlərarası sürücü işləyirmiş:

 “Hazırda Rusiya ilə Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus, hər yerlə quru sərhədlər açıqdır. Bircə, Azərbaycanla sərhədlər bağlıdır. Bu sərhədlərin bağlı qalması millətin belini çox qırdı. Təsəvvür edin, burada elə kasıb azərbaycanlılar var ki, rəhmətə getdi, quru sərhədlər bağlı olduğu üçün onu Azərbaycana aparmaq mümkün olmadı. Burada tatarların qəbirstanlığında basdırdılar. Belə insanlar çoxdur, rəhmətə gedirlər, təyyarə bileti alamağa imkan olmadığı üçün burada basdırılırlar”.

Rusiyada bağlanan mağaza

Müharibənin ilk günlərindən Ukraynaya dəstək verən ABŞ və Böyük Britaniya hökuməti, həmçinin, Avropa İttifaqı (Aİ) üzvləri ilə  Qərb ölkələri Rusiyaya qarşı bu vaxta qədər altı sanksiya paketi tətbiq edib. Rusiyanın fiziki şəxslərinə qarşı sanksiya siyahılarına Kremlə bağlı oliqarxlar, şəxsən prezident Vladimir Putin, onun qızları, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onu ailə üzvləri də salınıb.

 Y.C.-nın  söylədiyinə görə, ətrafındakı həmyerlilərindən hazırda həmişəlik Azərbaycana qayıtmaq niyyətində olan yoxdur:

“Amma bizi ən çox narahat edən Rusiyadan quru yol sərhədi ilə Azərbaycana gedə bilməməkdir. Hər şeyi bir kənara qoyuram, burada yaşayan azərbaycanlı uşaqlar var. Əvvəllər onlar məsələn, tətillərdə Azərbaycana gedirdi. Amma indi sərhəd bağlıdır deyə, gedə bilmirlər. Həmin uşaqları mən özüm müşahidə etmişəm, Azərbaycana gedib-gələnlər ən azından oranı tanıyırdı, sevirdi, amma indi gedə bilmirlər  və həmin  uşaqlarda ruslaşma gedir. Onlar artıq azərbaycanlı olmaqdan çıxırlar. Bu problem isə heç kimi düşündürmür”.

“Əksinə, azərbaycanlılar bu gün də alver etmək üçün Rusiyaya gəlir”

Y.C. həmçinin  vurğulayır ki, müharibədən sonra Rusiyadan Azərbaycana qayıdanlar olsa da, Azərbaycandan Rusiyaya pul qazanmaq üçün gələnlər bu gün də az deyil. Onun sözlərinə görə, bir çox həmyerlimizin başqa çarəsi də yoxdur:

 “Çünki illərlə belə işləyiblər. Məhsulu toplayıb, sezonda gətirib, burada satırlar. Əksinə, indi bu satış onlar üçün daha sərfəlidir. Çünki əvvəllər onlar Rusiyada 70 manat qazanıb, Azərbaycana 1000 dollar göndərirdilər, indi isə 50 manat qazanıb,  1000 dollar göndərə bilirlər”.

 Rusiyaya tətbiq olunan sanksiyalardan sonra bir qrup azərbaycanlı rublun düşməsinə görə Azərbaycan Rusiya sərhədinə gələrək, ölkəyə girməyə cəhd edib. Lakin sərhədlər bağlı olduğu üçün onlar Azərbaycana buraxılmayıb.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button