2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ombudsman: “Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi uşaqların həyatını təhlükə altına qoyur” – MÜSAHİBƏ

“İşğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi bərpa-quruculuq işlərini ləngidir və mülki əhalinin, o cümlədən uşaqların həyatını təhlükə altına qoyur”

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Reporta müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Ombudsmanın müsahibəsini təqdim edirik:

– Son dövrlər ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülüb?

– Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətində prioritet istiqamətlərdəndir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq mühüm işlər görülür.

1992-ci ildə ölkəmizin qoşulduğu “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının implementasiyası məqsədilə respublikamızda uşaqların müdafiəsi sahəsində müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilmiş, güclü qanunvericilik bazası formalaşdırılmış, bu sahədə mühüm nailiyyətlər əldə olunub. Ölkəmizdə bütün uşaqlar üçün bərabər imkanların yaradılması, təhsil, səhiyyə, sosial, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün aparılan islahatlar bu gün də davam etdirilir.

Azərbaycan Pezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın və 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsinə, uşaqların hüquqlarının qorunmasına xidmət edir.

Məlum olduğu kimi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri aparılır, uzun illər hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimiz sevinc hissi ilə doğma yurdlarına qayıdırlar. Keçmiş məcburi köçkün ailələrdən olan uşaqlar hazırda həmin ərazilərdə fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil alır, onların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəmadi olaraq uşaqların hərtərəfli inkişafına xidmət edən çoxşaxəli fəaliyyət həyata keçirilir, müxtəlif layihələr icra olunur. Fondun dəstəyi ilə paytaxtda və regionlarda səhiyyə, təhsil, sosial xidmət və digər müəssisələrin tikilməsi və yenidən qurulması uşaqların hüquqlarının təmin edilməsi sahəsində atılan mühüm addımlardandır.

– Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri hansılardır?

– Azərbaycan Ombudsman təsisatı uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir. Uşaq hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, maarifləndirmə və təşviqat işinin aparılması, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin keçirilməsi, normativ hüquqi bazanın, institusional strukturun təhlilinin aparılması və müvafiq qurumlara rəy və təkliflərin təqdim edilməsi, bu sahədə tərəfdaşlarla əməkdaşlıq istiqamətlərində fəaliyyət həyata keçirilir. Keçirilən tədbirlərdə uşaqların iştirakı təmin edilir, onlara hüquqları və problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək, təkliflər vermək imkanı yaradılır.

Müvəkkil əfvetmə ilə bağlı Azərbaycan Prezidentinə, amnistiya elan edilməsi barədə Milli Məclisə təkliflər verə bilər. Son 4 il ərzində Ombudsmanın vəsatətləri əsasında 172 şəxs əfv olunub ki, onlar arasında yetkinlik yaşına çatmayanlar da olub.

Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə Müvəkkil və Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin, o cümlədən uşaqların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə başçəkmələr həyata keçirilir, uşaqların saxlanma şəraiti və hüquqlarının təmini vəziyyəti öyrənilir və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan istiqamətlər üzrə fəaliyyəti zamanı Ombudsmanın Mərkəzi Aparatı və onun Regional Mərkəzləri tərəfindən uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların hüquqlarının təmininə önəm verilir.

Xüsusi qayğıya ehtiyacı olan, o cümlədən autizm spektr pozuntusu olan uşaqların hüquqlarının müdafiəsi hər zaman diqqətimizdə olan məsələlərdəndir. Tərəfimizdən həmin uşaqların olduğu müəssisələrə davamlı monitorinqlər həyata keçirilir, onların hüquqlarının təmini vəziyyətləri ilə maraqlanılır, hüquqi maarifləndirici söhbətlər aparılır, problemlərin həlli istiqamətində müvafiq işlər görülür. Bununla yanaşı, autizm spektr pozuntusu olan uşaqların tədbirlərdə iştirakı təmin edilir, onların potensiallarının üzə çıxarılmasına dəstək göstərilir.

– Bu il Ombudsmana uşaq hüquqlarının müdafiəsi sahəsində yeni səlahiyyətlər verilib. Bu barədə məlumat verə bilərsiz?

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button