2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ombudsman: “Beynəlxalq təşkilatlara Ermənistanın insan hüquqlarını pozması barədə hesabatlar göndərmişik”

“Beynəlxalq təşkilatlara Ermənistanın insan hüquqlarını pozması barədə hesabatlar göndərmişik”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxışı zamanı deyib.

O söyləyib ki, builki sərgidə təsisatının Azərbaycan, rus və ingilis dillərində 240 adda nəşri sərgilənir.

Ombudsman qeyd edib ki, nəşrlər arasında təsisat tərəfindən məişət zorakılığının qarşısının alınması, miqrantların hüquqlarının müdafiəsi, informasiya əldə etmək hüququ, autizmli uşaqlarla bağlı və digər mövzularda hazırlanmış maarifləndirici bukletlər və lifletlər, eləcə də Azərbaycan torpaqlarının otuz illik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntuları, nifrət nitqi və nifrət cinayətləri, İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin məskunlaşdığı ərazilərə edilmiş raket hücumlarının tələfatları və dağıntılarla əlaqədar və azərbaycanlılara məxsus dağıdılmış qəbiristanlıqlarda, aşkarlanmış kütləvi məzarlıqlarda həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələri ilə bağlı hesabatlar da yer alıb.

S.Əliyeva bildirib ki, bütün bu nəşrlər cəmiyyətin hüquqi maarifləndirilməsində, həmçinin ölkəmizə və xalqımıza qarşı törədilmiş hüquq pozuntuları barədə məlumatların daha geniş yayılmasında mühüm rol oynayır: “Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri artıq bir çox xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, ali məktəblərin, eyni zamanda, bir sıra dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə də göndərilib”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button