2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir”

“Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir. Belə ki, sosial mediada erməni istifadəçilərin azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajları bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı uzun müddətdir ki, nifrət siyasətini davam etdirir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial media hesabında yazıb.

“Əvvəlki bəyanatlarımızda bildirdiyimiz kimi, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir”, – o bildirib.

Qeyd olunub ki, bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələri qərəzli şəkildə şişirtmək, insanlarda narazılıq yaratmaq bölgədə davamlı sülh prosesinə mane olur, eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button