2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

On Ermənistan vətəndaşının Azərbaycana qarşı iddiası qismən təmin edilib

AİHM iddia olunan pozuntuların bir hissəsini tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 19-da on nəfər Ermənistan vətəndaşının Azərbaycana qarşı 3 şikayəti üzrə qərarını elan edib.

AİHM iddia olunan pozuntuları qismən tanıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Narayan və başqaları Azərbaycana qarşı” – işində ərizəçilər 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət zamanı həlak olmuş Edqar Narayanın, Erik Abovyanın və Şavarş Melikyanın valideynləri, bacı-qardaşlarıdır.

Onlar ərizələrində iddia ediblər ki, Azərbaycan əsgəri Ermənistan ərazisinə sərhədi keçməklə evlərinə daxil olaraq, onların qohumlarını güllələyib.

Avropa İnsan Hüquqları Konvensiyasının 2, 13 və 14-cü maddələrinə əsaslanan ərizəçilər, hadisələrin baş verdiyi vaxt silahlı münaqişənin davam etmədiyi üçün qohumlarının öldürülməsinin qanunsuzluğundan, etnik və milli mənşələrinə görə ayrıseçkiliyə məruz qalmalarından və hadisə ilə bağlı effektiv araşdırma aparılmamasından şikayət edib.

AİHM ərizəçilərdən Narayan və Abovyanın şikayətlərini qəbuledilən, digər ərizəçi Melikyanın şikayətini isə qəbuledilməz sayıb.

Məhkəmə, Konvensiyanın 2-ci maddəsinin Narayan və Abovyanın ölümü və eləcə də hadisə ilə bağlı effektiv istintaqın aparılmaması aspektindən pozulmasına qərar verib. Digər pozuntu iddialarının araşdırlmasına lüzum görülməyib.

Qərara əsasən, 2 ərizəçinin hər birinə 16 min avro məbləğində mənəvi zərər əvəzi, onların hər birinə 2780 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

Ərizəçilər ümumilikdə 130 min avrodan artıq mənəvi zərər, 2780 avro hüquqi xərc əvəzi tələb etmişdilər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button