Loading...
Loading...
Siyasət

Oqtay Əsədov İtaliya Senatının sədr müavini ilə görüşüb

Milli Məclis sədri Oqtay Əsədov Bakıda səfərdə olan İtaliya Senatının sədr müavini Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker bildirib ki, İtaliya Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir.

O qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2,39 milyard dollar olub: “Biz gələcəkdə bu göstəricini daha da artırmaq niyyətindəyik”.

Sədr parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu vurğulayıb: “Milli Məclisdə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə qrupun 69 üzvü var. Bu, deputatlarımızın İtaliyaya olan marağının və xoş niyyətinin göstəricisidir. Müxtəlif beynəlxalq təşkilatlarda hər iki ölkə deputatlarının mütəmadi görüşlərini və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmalarını yüksək dəyərləndiririk. İnanırıq ki, gələcəkdə də siyasi, iqtisadi və mədəniyyət sahələrdəki əlaqələrimiz daha da dərinləşəcək”.

L. Lanzillotta isə bildirib ki, bu səfər parlamentlər arasında əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcək: “İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Biz həyatın ən müxtəlif sahələrində bu ölkə ilə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik”.

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button