2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Oqtay Gülalıyevin başında növbəti əməliyyat uğurla keçib

“Yanvarın 10-da atamın başında əməliyyat 3 saatdan çox davam etdi. Onun başında yenidən maye yenidən yığılıb və onun çıxarılması qərara alındı” İstanbulda “Amerika klinikası”nda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev bildirib.

Onun sözlərinə görə, həkimlər xəstənin sonrakı vəziyyəti və ya müalicəsi barədə hələ bir proqnoz verməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bu, İstanbulda Oqtay Gülalıyevin başında aparılan üçüncü əməliyyatdır. Bundan öncə onu Bakıda, oktyabrın 29-da avtomobil vurduqdan bir gün sonra əməliyyat etmişdilər. Bundan sonra O.Gülalıyev komaya düşdü və vəziyyəti kəskin pisləşdi.

Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini də Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button