2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Orqanizmdə vitamin B1 çatışmazlığı

Oqranizmdə B1 vitaminin çatışmazlığı aşağıdakı xəstəliklərin baş verməsinə səbəb olur:
– sinir sistemində pozulmalar
– ürək xəstəlikləri

– bağırsaq xəstəlikləri
– Beri-beri xəstəliyi.
24saat.org immunitet.az-a istinadən bildirir ki, Şərqi Asiya ölkələrinin əsas qidasını düyü təşkil edir. Düyünin tərkibində B1 vitamini olmadığına görə Beri-beri xəstəliyi həmin ölkələrdə daha geniş yayılmışdır.
B1 vitamini suda yaxşı həll olan vitamindir. B1 vitaminin çatışmazlığı orqanizmdə digər vitaminlərin də sintezini azaldır. O orqanizmdə karbohidrat mübadiləsini sürətləndirir, amin turşularının, nukleidlərin, asetilxplenin və xolinesterazın mübadiləsində yaxından iştirak edir. B1 vitamini çatışmazlığı zamanı orqan və toxumalarda, qanda sirkə və süd turşusunun miqdarı artır ki, bu da periferik sinir sistemini zədələyir. Periferik sinir sisteminin zədələnmələri ən çox özünü əzələlərdə və ürəkdə göstərir. Xroniki alhoqol xəstələrində B1 vitamininin azlığı ensofalopatiyaya səbəb ola bilir.
Beri-beri xəstəliyi özünü 3 formada göstərir:
1. Paralitik forma.
2. Ürək forma.
3. Şişkinliklərlə.
B1 vitaminini çatışmazlığı iştahanın itməsinə, ürəkbulanmaya, qəbizliyə, ayaqlarda ağırlıq hissinin olmasına, yuxunun pozulmasına, sinir sisteminin oyanıqlığına, fiziki və psixi yorğunluğa səbəb olur. Beri-beri xəstəliyi zamanı hətta aşağı ətraflarda polinevrit əlamətləri inkişaf edir, reflekslər zəifləyir. Ürək sağa doğru genişlənir, ürəkdə sistolik küy eşidilir. Xəstənin vəziyyəti ağırlaşdıqca əl və ayaqlar öz funksiyalarını yerinə yetirmir.
B1 vitamini çatışmazlığına diaqnoz qoymaq üçün xəstənin qanında B1 -in miqdarı yoxlanılır.
Müalicə ambulator şəraitdə aparılır, xəstəyə tərkibində B1 vitamini bol olan qidalarla qidalanmaq məsləhət görülür, B1 və digər B qrup vitaminlərlə müalicə aparılır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button