Siyasət

Overçuk: “Yerevan və Bakı yolların açılmasına kökləniblər”

Bakı/20.09.21 Ermənistan, RusiyaAzərbaycan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına kökləniblər. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bazar ertəsi Yerevanda jurnalistlərə bildirib.

“Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan sonuncu görüş avqustun ortalarında Moskvada olub. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına köklənib. Bunu necə etmək barədə müzakirələr gedir”,-deyə “Sputnik-Armeniya” Overçukdan sitat gətirir.

Görünür, nəqliyyat marşrutlarının bərpası ticarət dövriyyəsinin, o cümlədən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq, Overçuk əlavə edib.

Öz növbəsində, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qeyd edib ki, uzun illər ərzində nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlər olub. Aydındır ki, kommunikasiyaların açılması iqtisadiyyata müsbət təsir göstərəcək, lakin konkret rəqəmlər barədə danışmaq hələ tezdir. -02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button