2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Parlamentdə ABŞ-dakı seçkilərdən danışıblar

«Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb».

APA-nın xəbərinə görə, Milli Məclisin noyabrın 11-də keçirilən iclasında deputat Zahid Oruc belə deyib.

Z.Oruc bildirib ki, son prezident seçkiləri ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

«Bundan əlavə, Ağ ev ətrafında əksəriyyəti Clinton-un çevrəsində qərarlaşmış lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin və onların qurduqları korrupsiya sistemi dağılmış oldu», – deputat deyib.

O, iddia edib ki, ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər ABŞ-dakı seçki kampaniyasına yönəldilməkdə idi. «Bu da oradakı seçki sistemində korrupsiyanın olduğunu sübut etmiş olub. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Demokratiya adı altında ayrı-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə xalq öz reaksiyasını bildirmiş oldu. ABŞ vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördülər. Ona görə də hesab edirəm ki, bu, Türkiyə-Ermənistan sərhədini açmaq adı ilə Azərbaycan millətinin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu», – deyə Z. Oruc bildirib.

Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçirilib. Bu seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Trump qalib gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button