iqtisadiyyatİqtisadiyyat

Pensiya yaşının azaldılması təklif olundu: Kişilərin 47 faizi 65 yaça qədər

“Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır”.

Bunu Milli Məclisin iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Mətbuatdan oxuyuram ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşa qədər yaşayır. Bu rəqəmi Dövlət Statistika Komitəsinə istinadən səsləndirirlər. Bilmirəm nə dərəcə doğrudur, ancaq hər halda bəzi məsələləri nəzərə almalıyıq”, – deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır.

“İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, – deyə o bildirib.

“İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, – deyə o bildirib.

24 saatPensiya yaşının azaldılması təklif olundu: Kişilərin 47 faizi 65 yaça qədər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button