2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Perinatal Mərkəzdəki yanğınla bağlı vəzifəli şəxslərə cinayət işi açılıb

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 10-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi işinin düzgün təşkil olunmadığı müəyyən edilib. İstintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli də səhlənkarlıqda şübhəli biliniblər. Onların yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozduqları bildirilir. 

Saytların yığılması Saytlarin yigilmasi

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlara ittiham elan edilib və məhkəmənin qərarı əsasında hər üçü barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi qeyd edilib.

Respublika Perinatal Mərkəzində yanğın yanvarın 9-da baş verib. Hadisə nəticəsində 4 körpə ölüb.  

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button