2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Peru mətbuatında Ermənistanın sülh prosesində yaratdığı maneələr işıqlandırılıb

Perunun böyük oxuyucu kütləsinə malik “La Razon” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistanın sülh prosesində yaratdığı maneələrdən bəhs edən müsahibəsi dərc olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Müsahibə zamanı post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın proses çərçivəsində törətdiyi çətinliklər və maneələr barədə geniş məlumat verilib.

Müsahibədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünün icra etdiyi və 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbə nəticəsində ərazi bütövlüyünü təmin etdiyi vurğulanıb. Hazırda beynəlxalq vasitəçilərin iştirakı ilə müxtəlif platformalarda aparılan danışıqlar prosesinə və münasibətlərin normallaşdırılmasını ehtiva edən Azərbaycan tərəfinin təkliflərinə dair ətraflı məlumat verilərək qeyd olunub ki, Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı bir zamanda beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün yaxşı imkan var. Bu baxımdan iki ölkə arasında sərhədlərin delimitasiyasının, bölgədə bütün kommunikasiyaların bərpasının, eləcə də Zəngəzur dəhlizinin açılmasının regional və beynəlxalq əhəmiyyət daşıması xüsusi vurğulanıb.

Yazıda həmçinin, Azərbaycan ərazisində separatizm təzahürlərinə heç bir halda yol verilməyəcəyi, Ermənistanın revanşist siyasətdən əl çəkməsinin və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın tarix boyu multikulturalizm və tolerantlıq dəyərlərinə sadiq bir ölkə kimi tanındığı, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcəyi və ölkə qanunvericiliyinə hörmətlə yanaşan erməni sakinlərin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə rein­teqrasiyasının həyata keçiriləcəyi qeyd olunub.

Müsahibə zamanı işğaldan azad edilmiş ərazilərimizdə sistemli şəkildə davam etdirlən sürətli bərpa və quruculuq işləri barədə məlumat verilib, həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Qarabağın dünyanın ən gözəl və abad diyarlarından birinə çevriləcəyi bildirilib. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsinin aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaratdığı və bu xüsusda beynəlxalq ictimaiyyətin minalanmış ərazilərin xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərməsinin zərurililiyi qeyd olunub.

Sonda Azərbaycan və Peru arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün geniş potensial olduğu və Perunun ölkəmizdəki səfirliyinin yenidən açılmasının bu münasibətlərin inkişafına əlavə təkan verəcəyi bildirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button