Siyasət

Peskov Azərbaycanın Türkiyə və NATO ilə münasibətləri barədə suallara cavab verib

Kremldə ümid edirlər ki, AzərbaycanTürkiyə arasında münasibətlərin inkişafı regiondakı stabilliyə ziyan vurmayacaq.

RIA Novosti xəbər agentliyi yazır ki, bunu iyulun 29-da jurnalistlərin suallarına cavab verərkən Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiyanın bir sıra xəbər agentlikləri və mediaları Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakı ilə Ankara arasında ortaq türk ordusunun yaradılması haqda guya fikir söyləməsinə dair xəbərləri yaymaqda davam edirlər.

Trend-in məlumatına görə, iyulun 28-də Bakıda keçirilən mətbuat konfransında Şentop “Türkiyə ilə Azərbaycan ortaq bir türk ordusu yarada bilərmi?” sualını cavablandırarkən “ortaq ordu” ifadəsini səsləndirməmişdi:

TürkiyəAzərbaycan arasında bir çox anlaşmalar edirik. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində edilən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təlim çalışmaları da daxil olmaqla, bir çox başqa işlər də var. Lakin bizim əsas devizimiz mərhum Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət şüarıdır. Bu istiqamətdə bir çox işlər aparılır”.

Buna baxmayaraq bu barədə sual təkrarən iyulun 29-da prezident Vladimir Putinin sözçüsünə də ünvanlanıb.

Peskov bu sualın cavabında deyib:

“Aydındır ki, AzərbaycanTürkiyə ikitərəfli əlaqələrini inkişaf etdirirlər. Yenə də deyirəm ki, bu suveren bir məsələdir. Mühüm olanı budur ki, bu, regiondakı stabillik və müəyyənliyə zidd olmasın. Bu mənada bizim həm türkiyəli, həm də azərbaycanlı partnyorlarımızla müntəzəm təmaslarımız var”.

TASS xəbər agentliyinin məluma tına görə Peskov əlavə edib ki, bu barədə icra hakimiyyətlərinin – Türkiyə və ya Azərbaycan prezidentlərinin nəsə dedikləri məlum deyil.

“Əsas odur ki, Rusiyaya qarşı pərdələnmiş hərəkətlər olmasın”

Dmitri Peskova Gürcüstanda davam edən NATO təlimləri və bu manevrlərdə Azərbaycanın iştirakına dair sual da verilib.

Kommersant qəzetinin yazdığına görə Peskov bildirib ki, mühüm olanı bu hərəkətlərin Rusiya Federasiyasına qarşı olmamasıdır.

O bildirib ki, Azərbaycanın NATO təlimlərində iştirakı suveren dövlət münasibətlərinə aid məsələdir:

Azərbaycan suveren dövlətdir və biz Azərbaycanla münasibətlərimizə dəyər veririk. Bu partnyor münasibətləridir və həm də bu münasibətlərin gələcək inkişafı üçün ümumi siyasi iradə vardır. Əlbəttə, bizim üçün mühümdür ki, belə təlimlərin ssenarilərində bizim ölkəmizə qarşı hansısa pərdələnmiş hərəkətlər olmasın”.

Peskov əlavə edib ki, bu təlimlərin ssenariləri NATO-da hazırlanır və bu alyans kimi rəqib saydığını gizlətmir.

İyulun 26-da eyni vaxtda Gürcüstanın üç poliqonunda “Agile Spirit” (Qıvraq ruh) 2021 kod adlı onuncu manevrlər başlanıb.

Senaki, Orfolo və Vaziani bölgələrində keçirilən və avqustun 6-da başa çatması nəzərdə tutulan manevrlərdə 1600 Gürcüstan və 700 Amerika hərbçisi iştirak edir.

Hərbi təlimlərə NATO üzvü və ya partnyoru olan daha 13 ölkədən 250 hərbçi də qatılıb.

Bu ölkələr Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Britaniya, Kanada, İtaliya və Azərbaycandır.

24 saat” “Peskov Azərbaycanın Türkiyə və NATO ilə münasibətləri barədə suallara cavab verib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button