2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Platinin qiyməti bu ilin ən aşağı həddinə çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, bu gün Azərbaycanda platinin bir unsiyasının qiyməti 1 661,0275 manat (977,075 ABŞ dolları) təşkil edib ki, bu da cari il ərzində qeydə alınmış ən aşağı göstəricidir.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, sonuncu dəfə platinin bundan aşağı dəyəri 2020-ci ilin 30 noyabr tarixində qeydə alınmışdı – 1 633,547 manat (960,91 dollar).

Qeyd edək ki, dünya bazarlarında platinin qiymətinin azalması COVID-19-un yeni “Delta” ştamının yayılması ilə bağlıdır. Bundan əlavə, çiplərin qıtlığı səbəbindən dünyada avtomobil istehsalının azalması platinə tələbi azaldaraq qiymətli metalın fevral ayından bəri 20% ucuzlaşmasına səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda NYMEX əmtəə birjasında platinin bir unsiyası 965-971 dollara ticarət olunur.

APA

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button