Loading...
Loading...
Cəmiyyət

Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI

Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, həm də sürücüsü Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.

Məsələni dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq.

DİN rəsmisi Bizim.Media-ya açıqlamasında sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanıldığını təsdiqləyib:

“Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”. (Bizim.media)

24 saat” “Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  “Zəngilandan çıxanda körpə balalar aparmışdım, indi körpə nəvələr gətirmişəm...” - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button