2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Polkovnikin uğursuz köşə yazarlığı

Ehsan Zahidov Hacı Məmmədovu niyə unudub?

DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AXCP sədri Əli Kərimlinin polis əməkdaşlarının 2 gündə 21 min vətəndaşa cərimə yazması barədə statusuna məqalə həsr edib. Məqalə “Yeni Müsavat” qəzetinə dərc olunub. Məlumat üçün deyək ki, Əli Kərimli həmin statusunda cərimələrin büdcəni doldurmaq üçün yazıldığını qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ehsan Zahidov isə vəzifəsini unuduraq siyasi partiya lideri ilə polemikaya girməyə cəhd edib. DIN rəsmisi polisin asayişi deyil, ölkə başçısı Ilham Əliyevi siyasi rəqiblərindən qorumaqla məşğul olduğunu ortaya qoyan məqaləsində yazılan cərimələri texniki vasitələrin üzərinə atıb. Guya, kütləvi cərimələmə məqsədli deyil.

Görünür, DIN-də ən məlumatlı şəxslərdən biri olmalı olan Ehsan Zahidovun son vaxtlar polislərin “ağıziyləmə əməliyyat”larından xəbəri yoxdur. Yoxdursa, o zaman əziyyət çəkib magistarallara, küçə və dalanlara baş çəksin. Bəzi polislərin oğru-oğrun “içkili sürücü”, “keçid tapdayan vətəndaş” axtardığının şahid olsun. Əlbəttə ki, bütün polislər polisə ləkə gətirən bu cür əməllərlə məşğul deyil. Ona görə də qeyd etdiyimiz faktlar bütövlükdə polisi hədəfə almaq kimi anlaşılmasın. Biz Ehsan Zahidov deyilik ki, şər-böhtanla məşğul olaq, həqiqəti qaralayaq, yaxşını pis kimi qiymətləndirək və s.

Amma Ehsan Zahidov da bilməmiş və unutmamış deyil ki, Hacı Məmmədov AXCP-dən çıxmayıb. Bəlkə Hacı Məmmədovu da texniki vasitələr yetişdirib? Bəlkə onun törətdiyi əməlləri də texniki vasitələrin üzərinə atasınız, cənab Zahidov?

Ola bilər ki, Ehsan Zahidov DIN, yaxud ölkə rəhbərliyinin xoşuna gəlmək üçün Əli Kərimliyə məqalə həsr edib. Belədirsə, yanılıb. Bu cür uğursuz məqaləyə heç kim mükafat verməz. Ona görə də yaxşısı budur, Ehsan Zahidov jurnalistlərin suallarına cavab versin, jurnalistika ilə məşğul olmasın.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button